Ana Sayfa > Qərbi Azərbaycan > “Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib
“Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib7-05-2021, 16:44. Yazar: sevinc1 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramanı qəsəbəsində yerləşən “Nur Uşaq Evi”ində kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib. TƏBIB-dən bildirilib ki, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlanışdan (rentgen, USM, qanın ümumi analizi və s.) keçirilib. Eyni zamanda, uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb. AİA.Az Geri dön |