Ana Sayfa > Səhiyyə > Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik

Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik


7-05-2021, 12:15. Yazar: sevinc1
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik

Fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olub. Bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Məsələn,təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Geri dön