Ana Sayfa > İdman > "Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib


6-05-2021, 08:05. Yazar: sevinc1
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib

İngiltərənin "Çelsi" futbol klubu Çempionlar Liqasının yarım finalının cavab matçında öz meydanında İspaniyanın "Real Madrid" komandasını qəbul edib.

Oyun İngiltərə təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.

Bildirilib ki, qolları Timo Verner (28-ci dəqiqə) və Meyson Maunt (85) vurublar.

Qeyd edək ki, Madriddə baş tutan ilk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. London klubu finalda digər İngiltərə komandası - "Mançester Siti" ilə oynayacaq.

AİA.Az
Geri dön