Ana Sayfa > Karusel / Gündəm > Fikrət Qoca vəfat edib
Fikrət Qoca vəfat edib5-05-2021, 08:48. Yazar: sevinc1 |
Xalq şairi Fikrət Qoca 85 yaşında dünyasını vəfat edib. Bu barədə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Xəyal Rzazadə məlumat verib. Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. AİA.Az Geri dön |