Ana Sayfa > Karusel / İqtisadiyyat > Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir
Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir4-05-2021, 17:03. Yazar: sevinc1 |
Tranzit-nəqliyyat informasiya sisteminin inkişafı iqtisadiyyatların daha sıx inteqrasiyasına və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib. Nazir bildirib ki, bu sistemin inkişafı Azərbaycanın nəqliyyat və trans-sərhəd əməliyyatlarını, tranzit potensialını təkmilləşdirməyə imkan verəcək, iqtisadiyyatların inteqrasiyasına, eləcə də müəyyən gömrük prosedurları zamanı yaranan əlavə problem və məsələlərin həllinə gətirib çıxaracaq: "Bu kontekstdə beynəlxalq vergi sisteminə və hökumətlər arasında məlumat mübadiləsinə diqqət ayırmaq lazımdır". AİA.Az Geri dön |