Ana Sayfa > Media > Pedofillər axtalanacaqlar – Qanun imzalandı

Pedofillər axtalanacaqlar – Qanun imzalandı


21-04-2016, 16:05. Yazar: admin
Pedofillər axtalanacaqlar – Qanun imzalandı





Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanmasının icbari norma kimi tətbiq edilməsi haqqında qanunu imzalayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, "Qazaxıstan Respublikasının uşaq haqlarının müdafiəsi məsələlərinə dair qanunvericilik aktlarına bəzi dəyişikliklər və əlavələrin edilməsi haqqında" qanun yetim və valideyn himayəsindən məhrum qalan uşaqlar haqqında məlumat bazasının yaradılmasını da tövsiyə edir.

Ehtimal edilir ki, bu sistem uşaq haqları məsələləri ilə məşğul olan dövlət orqanlarının, mərkəzi və yerli səviyyəli orqanların, eləcə də Qazaxıstanın xarici müəssisələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək.
Geri dön