Ana Sayfa > Şou-biznes > Arif Quliyev aparatdan ayrılsa, öləcək - Vəziyyəti İlə bağlı YENİ XƏBƏR

Arif Quliyev aparatdan ayrılsa, öləcək - Vəziyyəti İlə bağlı YENİ XƏBƏR


4-05-2021, 13:47. Yazar: sevinc1
Arif Quliyev aparatdan ayrılsa, öləcək - Vəziyyəti İlə bağlı YENİ XƏBƏR

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin səhhəti barədə yeni xəbər var.

Açıqlama verən aktyorun oğlu Rövşən Quliyev bildirib ki, atası özünü yaxşı hiss etmir:

"Yazıblar ki, atam yaxşıdır. Yaxşı deyil. Aparata qoşulub. Aparatı ayırsalar, atam öləcək. O aparat sayəsində atam bu gün sağdır. İnşallah, yaxşı olar".

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"ya yerləşdirilib. A.Quliyev bir neçə gün öncə EKMO cihaza qoşulub.

AIA.Az


Geri dön