Ana Sayfa > Şou-biznes > Seren Serengilin son halı pərəstişkarlarını şoka saldı - FOTO
Seren Serengilin son halı pərəstişkarlarını şoka saldı - FOTO4-05-2021, 13:17. Yazar: sevinc1 |
Bir müddətdir "Dempinq sindromu"ndan əziyyət çəkən türkiyəli müğənni, aktrisa və aparıcı Seren Serengil sosial mediada yeni görüntülərini paylaşıb. Bu şəkillər pərəstişkarlarının müzakirəsinə səbəb olub. Bu barədə "Haber Global" xəbər yayıb. Fotolarda çox arıq düşən Serengilin izləyiciləri onun pis göründüyünü deyiblər. Aktrisa cavab olaraq bunun ondan asılı olmadığını bildirib. "Əlimdə deyil, orqanizmimdə 4 kq yağ qalıb və bu çox təhlükəlidir. Yeyirəm, amma arıqlayıram", - deyib. Qeyd edək ki, tanınmış aparıcı mədə əməliyyatından sonra sürətlə arıqlamağa başlayaraq 70 kq-dan 46 kq-a düşüb. "46 kq olmuşam və arıqlamağa davam edirəm... Bərpa əməliyyatına orqanizmim hazırdırmı, bu mərhələdə tab gətirə bilərmi?.. Buna qərar verilməsi üçün yaxın günlərdə bir daha müayinə olunacağam", - deyib. İfaçının sözlərinə görə, bu çox riskli bir əməliyyatdır. "Bəzən aylarla reanimasiyada qalmaq mümkündür. Təhlükəli və çətin dövrdür, digər tərəfdən də əməliyyat olunmasam, yaya kimi ölə bilərəm. Dualarınızla bunun da öhdəsindən gələcəyəm. Yaxşıyam, dincəlirəm... Yaxşı olacam, inşallah", - deyə o, bildirib. AIA.Az Geri dön |