Ana Sayfa > İqtisadiyyat > Bu il dəmir yolları ilə 500 minə yaxın sərnişin daşınıb
Bu il dəmir yolları ilə 500 minə yaxın sərnişin daşınıb4-05-2021, 12:50. Yazar: sevinc1 |
Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC ilə 476 min 232 sərnişin daşınıb. Qeyd olunub ki, daşınan sərnişinlərdən 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır. Pandemiya səbəbindən beynəxalq sərnişin daşıma fəaliyyət göstərməyib. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib. 2021-ci ilin birinci rübündə 3 min 769,6 ton yük daşınıb. Onlardan 1 901,6 ton yük, beynəlxalq daşımalara (idxal - ixrac) aiddir. AIA.Az Geri dön |