Ana Sayfa > Karusel / Ölkə > Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı araşdırma

Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı araşdırma


4-05-2021, 10:40. Yazar: sevinc1
Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı araşdırma

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, birinci cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön