Ana Sayfa > Dünya > Türkiyə 1 milyard dollara yaxın müdafiə sənayesi məhsulu ixrac edib

Türkiyə 1 milyard dollara yaxın müdafiə sənayesi məhsulu ixrac edib


4-05-2021, 09:45. Yazar: sevinc1
Türkiyə 1 milyard dollara yaxın müdafiə sənayesi məhsulu ixrac edib

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz artaraq 949,744 milyon dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyə 302,549 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin apreli ilə müqayisədə 88,3 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2020 – aprel 2021) Türkiyə 2,585 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

aia.az
Geri dön