Ana Sayfa > Dünya > Əməkdar artistdən ETİRAF: "Subay olanda anama demişdim ki…"
Əməkdar artistdən ETİRAF: "Subay olanda anama demişdim ki…"21-04-2016, 15:41. Yazar: admin |
Həyatda, sakit, qayınanayam, çalışıram gəlinimlə qızım kimi rəftar edim. Elə serialda oynadığım qayınana obrazı da belədir. Milli.Az publika.az-a istinadən bildirir ki, əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova ATV kanalında yayımlanan "Vicdan haqqı" serialında oynadığı yeni rolundan danışıb: "Hər kəs məni danlayır ki, "Vicdan haqqı" serialında bir gəlini o birindən üstün tuturam. Əslində, belə deyil. Çalışıram təmkinli qayınana obrazı yaradım, ailədə sakitlik olsun. Çünki özüm də qayınanayam, istəmərəm evimdə söz-söhbət olsun. Hələ subay qız olanda, anama demişdim ki, gəlin yad evdən gəlib, onu yola vermək lazımdır. Mən də ailə qurandan sonra çalışdım ki, gəlinimlə aramızda pərdə götürülməsin. O da bir ananın qızıdır, niyə incidim ki? Səhvi də olanda üzünə deyirəm". Geri dön |