Ana Sayfa > Dünya > Alyaskada 15 min hərbçinin iştirakı ilə ABŞ silahlı qüvvələrinin təlimləri keçirilir

Alyaskada 15 min hərbçinin iştirakı ilə ABŞ silahlı qüvvələrinin təlimləri keçirilir


4-05-2021, 07:56. Yazar: sevinc1
Alyaskada 15 min hərbçinin iştirakı ilə ABŞ silahlı qüvvələrinin təlimləri keçirilir

Alyaskada ABŞ-ın 15 min hərbçisinin iştirakı və 240 müxtəlif növlü təyyarənin istifadəsi ilə "Northern Edge 2021" ("Şimal diyar - 2021) hərbi təlimləri başlayıb.

AİA.Az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqon sözçüsü Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Təlimlərdə ABŞ Hərbi hava qüvvələri, Quru qoşunlar (Ordunun), Hərbi dəniz qüvvələri və Dəniz piyada korpusu, habelə "Theodore Roosevelt" (Teodor Ruzvelt) hərbi aviadaşıyıcısı və onu müşayiət edən gəmilər iştirak edir.
Geri dön