Ana Sayfa > İdman > Suarez: "Biz maşın deyilik, insanlarıq"

Suarez: "Biz maşın deyilik, insanlarıq"


21-04-2016, 15:11. Yazar: admin
Suarez: "Biz maşın deyilik, insanlarıq"






"Barselona" İspaniya La Liqasında 3 oyun aradan sonra növbəti qələbəsini qazanıb. Katalonlar "Deportivo"nu 8 cavabsız qolla darmadağın ediblər.

Mlli.Az goal.az-a istinadən xəbər verir ki, matçda 4 qol imza atan Luis Suarez görüşdən sonra bunları deyib:

"Ən əsası, komandaya çətin vaxtında kömək edib ona 3 xalı qazandırmaqdır. Qələbə bizə çox vacib idi. Nə qədər yaxşı oynasan, bir o qədər əhval-ruhiyyə yüksək olur. "Valensiya" ilə oyunda çoxsaylı qol vəziyyətləri yaratdıq, amma cəmi bircə dəfə fərqləndik. Hər kəs La Liqanın nə qədər çətin çempionat olduğunu gördü. Bir müddət öncə hər şeyin həll olunduğunu düşünürdülər. Amma indi də hər şey özümüzdən asılıdır. Biz maşın deyilik, insanlarıq. Buna görə səhv edə bilərik. Bugünkü qələbə göstərdi ki, çempionluğa iddialıyıq".
Geri dön