Ana Sayfa > Media > Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub

Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub


3-05-2021, 16:28. Yazar: sevinc1
Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev avqustun 16-17-də Berlində keçiriləcək Kibertəhlükəsizlik və Etik Hakinq üzrə Beynəlxalq Konfransa (“International Conference on Cyber Security &Ethical Hacking”) əsas məruzəçi kimi dəvət olunub.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdə müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri bir araya gətirməklə dünya səviyyəsində kibertəhlükəsizliyin təmin edilməsi üçün bilik, təcrübə və tədqiqatları paylaşmaq, eləcə də şəbəkə, cihaz və proqramların istənilən növ kiberhücumlardan qorunması və bərpa olunması vəziyyətini müzakirə etməkdir.

Tədbirin əsas istiqamətlərinə biometrik təhlükəsizlik, blokçeyn və tətbiqi kriptoqrafiya, kibercinayətkarlıq, bulud təhlükəsizliyi və virtuallaşdırma, mobil qurğuların və əşyaların internetinin təhlükəsizliyi və s. aiddir.

AİA.Az
Geri dön