Ana Sayfa > Karusel / Dünya > Ermənistan baş prokurorluğu ölkə prezidenti barəsində cinayət işi açıb
Ermənistan baş prokurorluğu ölkə prezidenti barəsində cinayət işi açıb3-05-2021, 15:54. Yazar: sevinc1 |
Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın Vəkillər palatasının rəhbəri Ara Zohrabyan deyib. O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb. Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub. Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməmişdən altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır. Vəkillər iddia edir ki, A.Sarkisyan 2018-ci ildə 6 il tam başa çatmamış, qanunu pozmaqla prezident seçilib. aia.az Geri dön |