Ana Sayfa > Seçilənlər-5 > Bakıda 17 evi yaran dəstə yaxalandı

Bakıda 17 evi yaran dəstə yaxalandı


21-04-2016, 14:55. Yazar: admin

Faktla bağlı araşdırma aparılır.

Bakıda 17 sakinə məxsus evdən oğurluq edən qrup üzvləri tutulub.

Aia.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlanıb, habelə 2 mənzildən oğurluğa cəhd göstərilib.

Bununla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön