Ana Sayfa > Siyasət > İlham Məmmədov: Tarixin saxtalaşdırılması yolverilməzdir

İlham Məmmədov: Tarixin saxtalaşdırılması yolverilməzdir


3-05-2021, 14:24. Yazar: sevinc1
İlham Məmmədov: Tarixin saxtalaşdırılması yolverilməzdir

“Tarixi tarixçilər araşdırmalıdırlar. Təəssüf doğuran haldır ki, bu gün dünyada ayrı-ayrı imperialist güc mərkəzləri tərəfindən tarixdə baş verənlərin məqsədli şəkildə saxtalaşdırılaraq, bundan milli dövlətlərə qaşı təzyiq vasitəsi kimi istifadə olunması tendensiyası artıb”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

ABŞ Prezidentinin bəyanatında səsləndirilən fikirlərin obyektivlikdən uzaq olduğunu deyən İlham Məmmədov vurğulayıb: “Bəyanatda tarixdə baş verənlərin siyasi manipulyasiya predimetinə çevrildiyi göz qabağındadır. Keçmişə nəzər salsaq, görərik ki, soyqırıma məruz qalan ermənilər deyil, əksinə onlar tarixin müxtəlif dönəmlərində insanlıqla bir araya sığmayan əməllər törədiblər. 1915-ci il hadisələrini gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələrinin 500 mindən artıq dinc insanı kütləvi şəkildə öldürmələrinə dair faktların üstündən sükutla keçirlər. Sual olunur: Nə üçün insan hüquqlarından danışanlar erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirirlər? Ermənilər bizim dövrümüzdə də öz çirkin əməllərini davam etdirirlər. Uzaq tarixə baş vuranlar, saxta erməni “soyqırımı” iddialarını gündəmə gətirənlər üç onillik bundan əvvəl ermənilər tərəfindən Xocalının bir gecənin içində yerlə yeksan edilməsini, burada XX əsrin növbəti faciəsinin törədilməsini – şəhərin azərbaycanlılardan ibarət sakinlərinin kütləvi şəkildə amansızlıqla qətlə yetirilmələrini görməzdən gəlirlər. Tarixdə baş verənlərə belə yanaşma qərəzlilikdir və ikili standartlar nümunəsidir”.

İlham Məmmədov əlavə edib ki, tarixin saxtalaşdırılması yolverilməzdir.

AİA.Az
Geri dön