Ana Sayfa > Cəmiyyət > Sumqayıt şəhər sakinindən iyirmi kiloqrama yaxın heroin götürülüb

Sumqayıt şəhər sakinindən iyirmi kiloqrama yaxın heroin götürülüb


3-05-2021, 14:20. Yazar: sevinc1
Sumqayıt şəhər sakinindən iyirmi kiloqrama yaxın heroin götürülüb

Sumqayıt şəhər sakinindən iyirmi kiloqrama yaxın heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılıb. Axtarış zamanı ondan 46 qramdan artıq heroin aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 19 kiloqram 600 qram heroin və elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AİA.Az
Geri dön