Ana Sayfa > Dünya > Tacikistan və Qırğızıstan prezidentləri sərhəddəki vəziyyəti müzakirə edib
Tacikistan və Qırğızıstan prezidentləri sərhəddəki vəziyyəti müzakirə edib1-05-2021, 12:37. Yazar: admen |
Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı baş tutub. Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib. Qeyd olunur ki, liderlər iki ölkə arasındakı sərhəddə atəşin tam dayandırılmasını və hərbi birləşmələrin geri çəkilməsini müzakirə edib. Bundan başqa, Qırğızıstan və Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hökumətlərarası komissiyanın işə başlaması müzakirə olunub. Bu çərçivədə ilk görüşün mayın 1-də keçirilməsi nəzərdə tutulub. AİA.Az Geri dön |