Ana Sayfa > Gündəm > Ulu Öndər həmişə gənclərə güvənərək, onlara böyük etimad göstərib
Ulu Öndər həmişə gənclərə güvənərək, onlara böyük etimad göstərib1-05-2021, 12:05. Yazar: admen |
![]() Gənclərlə iş son illər dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu fikirlər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Zoom” proqramı üzərindən keçirilən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn videokonfransda səsləndirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov videokonfranda çıxış edərək, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışıb. Bildirib ki, Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışlarında və keçirdiyi görüşlərdə Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd edirdi. Ulu Öndər respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib çıxa biləcək bir nəslin yetişməsinə çalışıb. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü ilin iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması oldu. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumunda iştirak etdi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov, Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Elgün Quliyev və təhsil şöbəsinin əməkdaşı İlkin Məmmədzadə bağlı çıxış ediblər. Bildirilib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək, onlara böyük etimad göstərib. Çıxışlarda Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki fəaliyyəti haqda geniş məlumat verilib. AİA.Az Geri dön |