Ana Sayfa > Karusel / Təhsil > “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı konfrans keçiriləcək

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı konfrans keçiriləcək


1-05-2021, 11:33. Yazar: admen
“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı konfrans keçiriləcək

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə Azərbaycan Dillər Universitetindən bildirilib.

Dünyada və ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar konfransın ötən ildə olduğu kimi, virtual formada keçirilməsi nəzərdə tutulur. Konfransın elektron ünvanına 140-a yaxın tezis daxil olub. Tezislər arasında Azərbaycan universitetləri və elm ocaqları ilə yanaşı, Kiyev Milli Linqvistik Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Naberejnıy Çelnı Dövlət Pedaqoji Universiteti, N.İ.Lobaçevski adına Nijqorod Dövlət Milli Tədqiqat Universitetindən olan iştirakçıların tezisləri yer alıb. Tezislərin hər biri redaksiya heyəti tərəfindən ciddi və diqqətli şəkildə yoxlanılıb.

Daxil olan tezis sayının çox olması səbəbindən konfransda çıxış üçün yer əsasən xarici qonaqlara və redaksiya heyəti tərəfindən seçilmiş maraqlı mövzu müəlliflərinə veriləcək. Tezislər konfransdan sonra redaktə edilərək elektron versiyada ADU-nun saytında və elektron kitabxanasında yerləşdiriləcək.

AİA.Az


Geri dön