Ana Sayfa > Seçilənlər > Ərdoğanın müşaviri: "Ermənistan dərhal Qarabağdan çıxmalıdır"

Ərdoğanın müşaviri: "Ermənistan dərhal Qarabağdan çıxmalıdır"


21-04-2016, 14:24. Yazar: admin


"Erməni hərbi qüvvələri qeyri-şərtsiz, dərhal Azərbaycan torpaqlarını tərk etməlidir".

Aia.az-in məlumatına görə, bunu Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyinə ziyarəti zamanı söyləyib. Dağlıq Qarabağda Ermənistana qarşı mübarizədə şəhid olan azərbaycanlı əsgərlər üçün başsağlığı verən Yalçın Topçu sözlərinə belə davam edib:

"Buradan bütün dünyaya bir dəfə daha səslənirik. Azərbaycan və Türkiyədə yaşayanlar, çiyin-çiyinə vermiş əkiz qardaşlardır. Bu çərçivədə bir qardaşın əlinə tikan batdığında, digəri ürəyində hiss edər, Azərbaycana bir şey olsa biz də burada ürəyimizdə hiss edirik. Eyni şəkildə bizə bir şey olsa azərbaycanlı qardaşlarımız ürəyindən hiss edir. Bunun ən gözəl nümunəsini, Azərbaycan prezidenti cənab İlham Əliyevin, Türkiyəyə etdiyi son səfərdə gördük. Hər iki dövlət başçısının qardaşca qucaqlaşması, dosta və düşmənə qarşı verilmiş əhəmiyyətli bir mesajdır".


Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu

Geri dön