Ana Sayfa > Seçki 2024 > Evini tərk edən daha 5 koronavirus xəstəsi saxlanıldı

Evini tərk edən daha 5 koronavirus xəstəsi saxlanıldı


1-05-2021, 11:20. Yazar: admen
Evini tərk edən daha 5 koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 30-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

DİN vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

AİA.Az
Geri dön