Ana Sayfa > Manşet > Sarkisyan Mingəçevir Su Anbarına raket atacağı ilə hədələyir

Sarkisyan Mingəçevir Su Anbarına raket atacağı ilə hədələyir


21-04-2016, 14:15. Yazar: admin


Ermənistan tərəfinin Mingəçevir Su Anbarına raket zərbəsi endirəcəyi hədəsinə Bakıdan cavab gəlib.

Aia.az xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu münasibət bildirib."Mingəçevir Su-Elektrik Stansiyasının taleyi üçün narahat olmağa dəyməz. Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə-yeksan ediləcək”.

O, qeyd edib ki, Xankəndi Azərbaycanın öz torpağıdır, vurar, sonra da bərpa edər, ayrıca bizə də ziyanı olsa belə Ermənistanın Atom Elektrik Stansiyasını böyük təhlükə gözləyəcək:

"Ümumiyyətlə hansısa erməninin "biz Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi vura bilərik” sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, "Mingəçevir” ifadəsini gərək dillərinə gətirməsinlər”.
Geri dön