Ana Sayfa > Təhsil > İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı

İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı


30-04-2021, 16:46. Yazar: sevinc1
İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarına iki nəfər buraxılmayıb.

DİM-dən aia.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

aia.az
Geri dön