Ana Sayfa > Təhsil > Təhsil Nazirliyi: Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir
Təhsil Nazirliyi: Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir30-04-2021, 16:09. Yazar: sevinc1 |
Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən vətəndaşların müraciət, şikayət və təklifləri videoqəbul formatında dinlənilib. Təhsil Nazirliyindən bildirilib ki, videoqəbulun təşkil edilməsində məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsidir. Videoqəbulların keçirilməsi həm vətəndaşlara, həm də vəzifəli şəxslərə müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır. Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəsinə zəng edərək qəbula yazıla bilərlər. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 1-dək fəaliyyətini dayandırıb. Fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Aprelin 19-dan etibarən isə regionlarda da vətəndaşların videobağlantı vasitəsilə qəbulu həyata keçirilir. AİA.Az Geri dön |