Ana Sayfa > Dünya > Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb
Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb30-04-2021, 14:24. Yazar: sevinc1 |
Rusiyanın "Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi" heyvanlar üçün koronavirusa qarşı vaksin istehsal edib. İlk vaksin partiyası 17 min doza təşkil edib. Qeyd olunur ki, "Karnivak-Kov" vaksini ilkin olaraq ayda 3 milon doza həcmində buraxılacaq. Vaksin ev heyvanları və digər heyvanlar üçün profilaltika xarakter daşıyır. Bu, dünyada heyvanlar üçün qeydiyyata alınan ilk koronavirus vaksinidir. AİA.Az Geri dön |