Ana Sayfa > Dünya / Karusel > Məşhur dizayner Ledi Qaqanın Bakıdakı ifasının sirrini açdı - VİDEO

Məşhur dizayner Ledi Qaqanın Bakıdakı ifasının sirrini açdı - VİDEO


20-06-2015, 10:58. Yazar: admin

“2 mindən çox güldən istifadə edildi”.

Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasimində ifa etdiyi pianonun bəzədilməsi üçün 2000-dən çox güldən istifadə edilib.

Aia.az -ın ANS-ə istinadən məlumatına görə, bu barədə tanınmış gül dizayneri Dmitri Türkan TASS-a bildirib.

“Pianonun xalça üzərində güllə bəzədilməsi ideyası açılışın rejissoru Dimitris Papaioanna aiddir. Plana əsasən Qaqanın ifasında həyat, gül-çiçək olmalıdır. Məni açılışa 36 saat qalmış çağırdılar. Şərtlər çox çətin idi - birincisi güllər açıq günəş altında qurumamalı idi. İkincisi isə sudan da istifadə edilməli deyildi. Bütün komanda ilə hərəkətə keçdik. Çox fikirləşəndən sonra belə nəticəyə gəldik ki, əhr gülü boruya yerləşdirək. Və 2 mindən çox güldən istifadə edildi”.
Geri dön