Ana Sayfa > Seçki 2024 > "Azəriqaz"ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı

"Azəriqaz"ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı


30-04-2021, 13:16. Yazar: sevinc1
"Azəriqaz"ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı


İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb.

Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, "Azəriqaz"İstehsalat Birliyi də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir:

"Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

aia.az
Geri dön