Ana Sayfa > Siyasət > Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib

Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib


30-04-2021, 13:02. Yazar: sevinc1
Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib

Xarici İşlər Nazirliyi (XİN) Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

aia.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində yazılıb.

Məlumatda bildirilir: "Meron dağında baş vermiş faciəvi hadisə bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik".

aia.az
Geri dön