Ana Sayfa > Karusel / Siyasət > Sergey Lavrov Azərbaycana gəlir

Sergey Lavrov Azərbaycana gəlir


29-04-2021, 18:52. Yazar: sevinc1
Sergey Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, nazir, həmçinin mayın 5-6-da Ermənistana gedəcək.

Səfərlər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, eləcə də beynəlxalq arenada əməkdaşlığın müzakirəsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının icrasına yönələcək.

aia.az
Geri dön