Ana Sayfa > Parlament > Abşeronda fəhlə yük avtomobilinin altında qalaraq ölüb
Abşeronda fəhlə yük avtomobilinin altında qalaraq ölüb29-04-2021, 10:17. Yazar: sevinc1 |
![]() Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, parılmış araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. aia.az Geri dön |