Ana Sayfa > Seçki 2024 > YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər


28-04-2021, 16:29. Yazar: sevinc1
YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər



Aprelin 27-də Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərin ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb, şəhidlərimizin valideyinlərinə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür edib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Görüşdə şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən şəhid ailələrinə ərzaq yardımları edilib

aia.az





Geri dön