Ana Sayfa > Manşet / Təhsil > Ülviyyə Əliyeva: “Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir”
Ülviyyə Əliyeva: “Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir”28-04-2021, 15:03. Yazar: sevinc1 |
“COVİD-19-un dünyada yayıldığı ilk günlərdən Azərbaycan qlobal pandemiyaya qarşı daha effektiv mübarizə aparmaq məqsədilə beynəlxalq fəaliyyətin səfərbər edilməsinə çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz COVİD-19-la mübarizəyə dünya miqyasında mühüm töhfələr verib. İndiyədək Azərbaycan köməyə ehtiyacı olan ölkələrə maddi və tibbi yardımların göstərilməsi məqsədilə bilavasitə ÜST-ə 10 milyon dollar məbləğində vəsait ödəyib. İndiyədək 30-dan artıq ölkəyə bu məqsədlə birbaşa yardımlar göndərilib. Lakin təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar hətta bu qlobal böhran şəraitində belə ikili standartlar siyasətindən əl çəkə bilmirlər.” Bu sözləri saytımıza verdiyi açıqlamasında Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva deyib. Müsahibimiz bildirib ki, hər zaman pandemiya ilə qlobal mübarizənin ön cərgələrində olan Azərbaycan bu gün də öz prinsiplərinə sədaqət nümayiş etdirir: “COVİD-19-la mübarizəyə həsr olunmuş bütün beynəlxalq toplantılarda Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bizim üçün insanların sağlamlığı hər şeydən üstündür. Biz nəinki öz ölkəmizin vətəndaşlarının, həm də dünyada imkansız və koronavirusla bağlı ciddi çətinliklərlə qarşılaşmış digər ölkələrin vətəndaşlarının sağlamlıqlarını da düşündük. Azərbaycanın bu istiqamətdə atdığı bütün addımlar da məhz bu prinsiplərə əsaslanıb. 2020-ci ilin dekabr ayında məhz Azərbaycanın təşəbbüsü və 130-dan çox dövlətin dəstəyi ilə BMT-nin COVİD-19-la bağlı “online” formatda xüsusi sesiyası keçirildi. Həmin sesiyada Qoşulmama Hərəkatının başçısı kimi Prezident İlham Əliyev öz çıxışında COVİD-19-a qarşı beynəlxalq mübarizəni gücləndirməyin və bu virusa qarşı vaksin icad olunduqdan sonra həmin vaksinin dünyada ədalətli şəkildə bölgüsünün təşkilinin vacibliyini qeyd etdi. Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu. Azərbaycan bütün digər məsələlərdə olduğu kimi, koronavirus pandemiyası ilə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir. Lakin bəzi beynəlxalq təşkilatlar və ölkələr tərəfindən hələ də davam etdirilən ikili standartlar siyasəti vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsünə yol açır ki, bu da Azərbaycanı dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib ki, bu da vaksinləri daha kasıb ölklər üçün əlçatmaz edir. Aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi toxunaraq, dünyada vaksinlərin ölklər arasında ədalətsiz şəkildə bölünməsinin yolverilməz olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bundan sonra da vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək.” Daha sonra Ülviyyə Əliyeva post müharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqların bütün region ölkləri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf istiqamətləri açdığını qeyd edib. Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, iqtisadi inkişafa yalnız dayanıqlı regional sülhün təmin ediləcəyi halda nail olmaq olar: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş Milli Prioritetlər bu inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə çıxaracaq. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi – məhz bu prioritetlər ölkəmizin daha güclü, iqtisadi baxımdan daha qüdrətli bir dövlətə çevrilməsi işinə öz misilsiz töhfələrini vermiş olacaqlar. Lakin bütün bu konsepsiyaların reallaşması yalnız regionda dayanıqlı sülhün və təhlükəsizliyin mövcud olacağı halda mümkündür. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Məlumdur ki, bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Hazırda Azərbaycan öz ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışmalar həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Həyata keçirilən yeni logistik layihələr isə təbii ki, bütün Avrasiya məkanı üçün vacib əhəmiyyət kəsb edəcək və iştirakçı ölklərin hər birinin qarşısında yeni inkişaf perspektivləri açacaq.” Abbas Abbasov Elbrus Bağırov aia.az Geri dön |