Ana Sayfa > Karusel / Ölkə > Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq

Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq


28-04-2021, 10:54. Yazar: sevinc1
Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq

Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq.

aia.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

V.Kərimov bildirib ki, biosfer rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: "Rezervatın ümumi ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərini əhatə edəcək".

aia.az
Geri dön