Ana Sayfa > Karusel / Siyasət > MSK-nın yeni tərkibi təsdiqləndi -
MSK-nın yeni tərkibi təsdiqləndi -27-04-2021, 12:16. Yazar: sevinc1 |
![]() Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyən edilib. aia.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı qərar qəbul edilib. Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır: Məzahir Pənahov Rövzət Qasımov Hüseyn Paşayev Şaitdin Əliyev Ramiz İbrahimov Validə Kazımova Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri: Arifə Muxtarova İlham Məmmədov Nizami Nadirxanlı Fuad Cavadov Qabil Orucov Nailə Əsgərova Aydın Muradov (ehtiyat üzv) Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır: Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı. Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov Niyaməddin Orduxan (ehtiyat üzv). Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək. aia.az Geri dön |