Ana Sayfa > Seçilənlər-2 > Almaniyada namaza görə vergi almağı təklif etdilər
Almaniyada namaza görə vergi almağı təklif etdilər20-04-2016, 15:48. Yazar: admin |
“Maliyyələşdirməni təmin etmək lazımdır”. Almaniyada yaşayan müsəlmanlardan dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi verginin alınması təklif edilib. Aia.az xəbər verir ki, müvafiq təşəbbüslə Bundestaqın, Almaniyanın iqtidar koalisiyasına daxil olan Xristian-sosial ittifaqından olan deputatı Aleksander Radvan “Süddeutsche Zeitung” dərc edilmiş müsahibəsində çıxış edib. “Məscidlərin xaricdən sərmayələşdirilməsinin qarşısı alınsa, o zaman təbii ki, yerində maliyyələşdirməni təmin etrmək lazımdır”, - Radvan bildirib. Onun sözlərinə görə, bunu “katolik və protestantlar üçün artıq mövcud olan kilsə vergisinə” analoji etmək olar. Hazırda Almaniyada “yeni dalğa” qaçqınları saymasaq, 3,8-4,3 milyon müsəlman yaşayır, bu isə əhalinin ümumi sayının 5%-ni təşkil edir. Geri dön |