Ana Sayfa > Seçilənlər-4 > "Casus Sərkisyanı bu şərəfsiz əvəzləyəcək"

"Casus Sərkisyanı bu şərəfsiz əvəzləyəcək"


20-04-2016, 15:20. Yazar: admin


Ermənistan prezidenti Rusiyanın casusu, onun maraqlarının müdafiəçisi, erməni xalqının düşmənidir.

Aia.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan mətbuatına açıqlamasında erməni siyasətçi Paruyr Ayrikyan söyləyib. Onun sözlərinə görə, Rusiya Ermənistanın ən böyük düşmənidir:

"70 il ərzində bizim müstəqilliyimiz yox idi. Onlar bizim bütün intellegensiyamızı məhv etdilər və indi də Ermənistanı viran qoymaq üçün əllərindən gələn hər şeyi edirlər. Rusiya bizim üçün, insanlıq üçün şərdir. Bu gün Serj Sərkisyanın casus olduğunu bildiyin halda onun istefaya getməsi haqqında məsuliyyətsiz bəyanatlar vermək çox təhlükəlidir. Başa düşmək lazımdır ki, konstitusiyaya uyğun olaraq Sərkisyanı heç bir şərəfi olmayan və sadəcə prezidentin "peşka"sı olan Qalust Saakyan (Parlamentin spikeri - red.) əvəz edəcək. Belə çıxır ki, Sərkisyan casusdur, amma onun oyuncağı bizim vəziyyəti dəyişəcək?"

Ayrikyan həmçinin Serj Sərkisyan, Levon Ter-Petrosyan və Robert Köçəryanın bir komanda olduğunu, hamısının Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) çalışdığını bildirib.
Geri dön