Ana Sayfa > Ölkə > Azərbaycan QHT-ləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyir
Azərbaycan QHT-ləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyir25-04-2021, 15:23. Yazar: admen |
Azərbaycan QHT-ləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyən bəyanat yayıb. “ABŞ Prezidenti Cozef Bayden dünən “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri “soyqırımı” adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni “soyqırımının” beynəlxalq səviyyədə siyasi alətə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “erməni soyqırımı”ın tanınması barədə qərar qəbul etməyib. Ermənilərin “soyqırımı” iddiaları “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırımı və terror siyasətinə bəraət qazandırmaq cəhdidir. Əgər ABŞ dünyadakı soyqırımı faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırımı zamanı yüz minlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüz minlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırımı aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq. Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk. 1. Rauf Zeyni Azərbaycan Milli QHT Forumu 2. Vüqar Əhmədov Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi 3. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu 4. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu 5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 6. Yeganə Hacıyeva Gənc Demokratlar İnstitutu İctimai Birliyi 7. Solmaz Əliyeva Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi 8. Rufiz Qonaqov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 9. Əlisəfa Mehdiyev Dinc Dünya Araşdırma Mərkəzi 10. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma Birliyi 11. Qadir İbrahimli Güzəran Sosial araşdırmalar İctimai Birliyi 12. Elməddin Həsənov İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi 13. Qafar Mehdiyev Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası 14. Mübariz Laçınov Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi 15. İlqar Hüseynli Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi 16. Azər Qurbanəliyev Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi 17. Rəfail Ağayev “Avropa Gənclər Parlamenti - Azərbaycan” ictimai Birliyi 18. Nərgiz Balakişiyeva Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti 19. Seymur Verdizadə Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi 20. Araz Aslanlı Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi 21. İradə Yaqubova “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 22. Nüşabə Məmmədova “Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi” 23. Vasib Sadıqov “Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti 24. İlham Məmmədzadə “Fəlsəfə Araşdırmalar” Ictimai Birliyi 25. Hatəm Cabbarlı Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi 26. Ramil İsgəndərli Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi 27. Fəxrəddin Həsən-zadə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi 28. Əhməd Əlili İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi 29. Azər Əliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 30. Şəlalə Həsənova İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi 31. Səbuhi Abbasov Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi 32. Fuad Abbasov “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi 33. Ayaz Mirzəyev “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi” 34. Fuad Hüseynzadə "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi 35. Ramiz Əliyev “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi 36. Pərviz Mirələmli Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 37. Şəhla Nağıyeva “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi 38. Toğrul Allahverdili Üçüncü Sektor İctimai Birliyi 39. Məryəmxanım Tağıyeva-Zeynalova “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” 40. Qurban Kərimbəyli “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi 41. Günay Vəlizadə Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi 42. Fərid Şahbazlı İslahatçı Gənclər İctimai Birliyi”. AİA.Az Geri dön |