Ana Sayfa > Seçki 2024 > Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb

Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb


23-04-2021, 16:56. Yazar: sevinc1
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb


Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavələrin ödənilməsinin müddəti 2021-ci il martın 31-dən iyunun 1-dək uzadılıb.

aia.az
Geri dön