Ana Sayfa > Media > Baloğlan Əşrəfov koronavirusa yoluxdu
Baloğlan Əşrəfov koronavirusa yoluxdu22-04-2021, 15:07. Yazar: sevinc1 |
Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Lent.az-a açıqlama verən 69 yaşlı müğənni bildirib ki, hazırda özünü yaxşı hiss etmir: “13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”. Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü. aia.az Geri dön |