Ana Sayfa > Dünya > Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək - FOTO
Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək - FOTO22-04-2021, 14:06. Yazar: sevinc1 |
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif "Mtavari" telekanalının həmsahibi Georgi Ruruanın əfv edilməsi barədə aktı gələn həftənin əvvəlində imzalayacaq. Bu barədə hakim partiyanın nümayəndəsi, deputat Şalva Papuaşvili bildirib. "Aprelin 27-də, gələn həftə müxalifətin iştirakı ilə amnistiya haqqında qanun qəbul ediləcək, bundan sonra Prezident dərhal Ruruanın əfv edilməsi barədə akt imzalayacaq", - "Sputnik Gürcüstan" Papuaşvilinin sözlərini sitata gətirir. Daha əvvəl S.Zurabişvili bildirimişdi ki, hakimiyyətlə müxalifətin siyasi böhrandan çıxmaq üçün saziş imzalayacağı halda Ruruanı əfv edəcək AİA.Az Geri dön |