Ana Sayfa > Media > Uğurlu gələcəyə inamlı addımlarla

Uğurlu gələcəyə inamlı addımlarla


22-04-2021, 12:36. Yazar: sevinc1
Uğurlu gələcəyə inamlı addımlarla


Prezident İlham Əliyevin iqtisadi siyasətinini priaretitlərindən biri regionların sosial inkişafıdı. 2004-cü ildən qəbul olunan Regioanal inkişaf proqramların uğurlu icrası dövlət başçısının yerindəcə tanışlığı, həmçinin vətəndaşlar tərəfindən gələn təkliflər əsasında dəyişikliklərin edilməsi səciyyəvidir.

Ali səviyyəli iradə icra üçün iqtisadi imkan uğuru şərtləndirən amillərdəndir.

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu. Məlumat verildi ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.

Prezidentin “Bunların qiyməti neçəyədir?” sualına Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov: “Cənab Prezident, 17 min manatdan başlayır, 130 min manatadəkdir” cavabını verdi.
Prezident İlham Əliyevin: “Birinci mərhələdə nə vaxt maşınların istehsalı nəzərdə tutulur?” sualına isə Emin Axundov: “Yaxın zamanlarda – bir ay, ay yarım ərzində” cavabını verdi.

Bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.



Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir.

Zavodla tanış olan dövlətimizin başçısı müəssisəni işə saldı.

Məlumat verildi ki, burada tikinti materialları – gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələdirilməsi və quraşdırılması həyata keçiriləcək.

Məlumat verildi ki, burada tikinti materialları – gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.

Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək.
Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq.

Sahibkar Elxan Bəşirov ilk növbədə Hacıqabulda iş yerləri açmaq üçün burada istehsalat sahəsi yaratmaq arzusunda olduğunu qeyd edərək, əsas işin tikinti materialları istehsal etmək olduğunu qeyd etdi. Burada xammal olmadığı üçün tikinti materialları istehsal edən zavodlar hazırlamağı qərara aldıqlarını dedi. “Bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Biz “açar-təhvil” prinsipi ilə işləyəcəyik. Belə təcrübə dünyada da var” deyə vurğuladı.

Prezident İlham Əliyev “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin açılışını da etdi.
Məlumat verildi ki, müəssisədə ilk ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.

Göründüyü kimi Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.
Tədbirdə iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.

Bəli, Azərbaycan sürətlə inkişaf edir. Hələ innən belə də möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə daha uğurlu lahiyələrə imza atacaq.


Xəzər rayon təhsil işçiləri adından
HƏZƏRXAN Əbilov
aia.az

Geri dön