Ana Sayfa > Siyasət > Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək
Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək22-04-2021, 10:50. Yazar: sevinc1 |
![]() Bu gün Milli Məclisdə bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar iclas keçirəcək. Trend-in məlumatına görə, iclasda bitərəf deputatlar MSK-ya onları təmsil edəcək namizədləri müəyyən edəcəklər. Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb. aia.az Geri dön |