Ana Sayfa > Parlament > Cəlilabadda qadını döyüb pulunu almaq istədilər
Cəlilabadda qadını döyüb pulunu almaq istədilər20-04-2016, 13:14. Yazar: admin |
Polis əməliyyat keçirib. Cəlilabad rayonunda yaşayış evinə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 18-də Cəlilabad rayonunun Ağdaş kəndində qeydə alınıb. Kənd sakini Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyib və hadisə yerini tərk edib. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub. Faktla bağlı araşdırma aparılır. Aia.az Geri dön |