Ana Sayfa > Karusel / Ölkə > Bakıda binanın damında gənc qız meyiti tapılıb

Bakıda binanın damında gənc qız meyiti tapılıb


21-04-2021, 09:35. Yazar: sevinc1
Bakıda binanın damında gənc qız meyiti tapılıb


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən aia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

AİA.AZ
Geri dön