Ana Sayfa > Gündəm > Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib -

Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib -


19-04-2021, 14:15. Yazar: sevinc1
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib -

Prezident İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bundan başqa, Prezident İlham Əliyevin digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev, həmçinin Hüseyn Cəlal oğlu Hüseynovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

aia.az
Geri dön