Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bakıda ən çox yoluxma bu rayonlarda olub
Bakıda ən çox yoluxma bu rayonlarda olub19-04-2021, 10:50. Yazar: sevinc1 |
Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub. aia.az-ın məlumatına görə, paytaxt üzrə COVID-19-a yoluxanların 14,8 faizi Binəqədidədir. 13,4 faizi Xətai, 12,4 faizi Yasamal rayonunun payına düşür. Yoluxma hallarının 10,9 faizi Sabunçu, 8,0 faizi Nəsimi, 8,3 faiz isə Nərimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 7,0 faizi Xəzər, 4,6 faizi Qaradağ, 5,1 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub. aia.az Geri dön |