Ana Sayfa > Təhsil > Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi:İlham Əliyevin prezidentlik fəaliyyəti

Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi:İlham Əliyevin prezidentlik fəaliyyəti


16-04-2021, 20:44. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi:İlham Əliyevin prezidentlik fəaliyyəti


UNEC Qadınlar şürasının və UNEC-in nəzdində Sosial İqtisadi Kollecin birgə təşkilatcılığı ilə “Dövlət başcısı cənab İlham Əliyevin prezidentlik fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasətinin təntənəsidir” mövzüsünda onlayn tədbir kecirilmişdir.

Tədbiri giriş sözü ilə acan UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov cıxış edərək Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanın çiçəklənməsində, əldə olunan nailiyyətlərdə Prezident İlham Əliyevin gərgin əməyindən söhbət açmışdır. Müasir Azərbaycanın etibarlı əllərdə olduğunu bildirən direktor Vidadi Orucov Vətənini sevən hər kəsi Heydər Əliyev siyasətinin davamcısı İlham Əliyevin ətrafında sıx birləşməyə cağırmışdır.

Natiq bildirmişdir ki, bu günün gəncləri – Vətən müharibəsinin qallib əsgərləri, təhsil alan tələbələri Heydər Əliyev epoxasının İlham Əliyev dönəmində yetişmiş nəsildir. Əmin olmağa dəyər ki, indiki nəsil Azərbaycan gəncliyi döyüş meydanında şücaətlərini göstərdikləri kimi, sabahın mütəxəssisləri olaraq da artıq işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının dirçəldiləməsi işində ortaya qoyacaqları faydalı əməklə, irəli sürəcəkləri səmərəli təkliflərlə öz sözlərini deyəcəklər.

Tədbirin təşkilatcısı UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, UNEC Qadınlar Şürasının sədri,dossent Təranə Kərimova cıxışında Prezident İlham Əliyevin siyasi fəaliyyətində Ulu Öndər Heydər Əliyevin böyük rol oynadığını qeyd etmişdir.

T.Kərimova bu mövzuda geniş məruzə ilə cıxış edərək aşağıdakıları demişdir: “ Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır.Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsindən 3 il keçir.Ötən bu illər ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib.3 ildə 30 ilə bərabər işlər görülüb.Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki,bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır.Sözü ilə əməli üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki,O,hər bir Azərbaycanlının Prezidentidir.

Sonra tədbirin aparıcısı,kollecin metodisti Sveta Behbudova Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamcısı İlham Əliyevi prezidentlik dövründə əldə etdikləri naliyyətlərdən və uğurlardan danışaraq sözü digər iştirakcılara vermişdir.

UNEC-in Türk Dünyası İqtisad fakultəsinin dekan müavini Cəvahir Məmmədova Ölkə başcısı İlham Əliyevin fəaliyyəti dövründə əldə olunan iqtisadi uğurlardan, nailiyyətlər barədə tədbir iştirakcılarına məlumat vermişdir. C.Məmmədova çıxışında Heydər Əliyev siyasətində əldə olunan nailiyyətlərin gənc nəslə öyrədilməsinin vacibliyini vurğulamışdır.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini Zaur Vəliyev tədbirdə “Müstəqil Azərbaycan yeni quruculuq mərhələsində” mövzusunda məruzə ilə cıxış edərək 1993-cü ildən bu günədək xalqın haqlı olaraq Heydər Əliyev siyasətini dəstəklədiyini bildirmişdir.

Kollecin “İqtisadiyyat” fənn birləşməsinin sədri, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Nazim Cahangirov “İlham Əliyevin neft strategiyası”mövzüsünda çıxış edərək cənab Prezidentin bu sahədə əldə etdiyi uğurlarından və nailiyyətlərdən danışmışdır.

I-ci Qarabağ müharibəsinin iştirakcısı, kollecin Qiyabi şöbəsinin müdiri Elxan Məmmədov “Şuşadan verlən mesaj;Bu əməliyyatlar dünya hərb elmində xüsusi yer tutacaq” mövzasunda cıxış edərək Azərbaycan Ordusunun keçdiyi yola nəzər salmışdır.Natiq bugünkü qələbənin məhz xalq-iqtidar birliyinin bariz nümunəsi olduğunu bildirmişdir.

“Azərbaycan turizm ölkəsinə cevrilir” mövzüsünda danışan kollecin tyutoru Fidan Quluyeva bildirmişdir ki, Şuşa azad olunduğundan, tezliklə bu sektorda canlanmanın şahidi olacağıq.

Tədbirdə kollecin tələbələrindən Leyla İbrahimzadənin “İlham Əliyev və Azərbaycan gəncliyi”, Ləman Niftəliyevanın “Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin Qarabağ Zəfərinə istiqamətlənməsi” mövzusunda çıxışları dinlənilmişdir.

Kollecin II Qarabağ müharibəsində iştirak edən tələbələrindən İslam Orucov, Surxay Mahmudov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında keçdikləri 44 günlük döyüş yolundan danışaraq tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Döyüşcü tələbələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərdən qurur hissi keçirdiklərini söyləmişlər.

aia.az

















Geri dön